MONGE VETSOLUTION DERMATOSIS–dəri və tük ilə ciddi problemləri olan pişiklər üçün taxılsız müalicəvi yem növüdür. Bu problemlərə dermatit, qida allergiyası, qida dözümsüzlüyü, xroniki qaşınma (məs.parazitoz nəticəsində), seboreya, ciddi tük tökülməsi və s. aiddir. Bu müalicəvi diyetin əsas komponentlərindən biri EPA və DHA turşuları ehtiva edən Omeqa 3.6 yağlarıdır. Qeyd olunan uzunzəncirli turşular monj derma pişik yemin tərkibində olan qızılbalıq yağında və ançous balıqlarında mövcuddur. EPA və DHA turşuların dəyəri danılmazdır, çünki onlar:
Monge VetSolution Diabetic–artıq çəki almasının və maddə mübadiləsinin pozulması profilaktikası, həmçinin şəkər diabetindən əziyyət çəkən pişiklərin yemlənməsi üçün nəzərdə tutulan tamrasionlu quru yem növüdür.
Pişiklər üçün müalicəvi yem Monge Vet Solution Cat Gastrointestinal aşağıda qeyd olunan mədə-bağırsaq xəstəlikləri zamanı baytarlar tərəfindən tövsiyə olunur:
Monge VetSolution Hepatic — qaraciyər xəstəliklərindən əziyyət çəkən pişiklər üçün dənli bitkilərsiz müalicəvi yemdir. Bunlara qaraciyər çatışmazlığı, xroniki hepatit, qaraciyər fibrozu, mis metabolizmasının pozulması, qaraciyər ensefalopatiyası, piroplazmoz və digərləri aiddir. Qeyd olunan yem orta miqdarda zülallar və asan həzm olunan protein mənbələrinin istifadəsini nəzərdə tutur. Məsələn, toyuq əti pişik orqanizmi tərəfindən yaxşı həzm olunur və qaraciyər ilə mədəaltı vəzinə ağırlıq vermir. Bu sağlam rasionun tərkibində olan toyuq yağı çətin əriyən yağlar növünə aiddir və hətta qaraciyər hepatozu (qaraciyərdə artıq piylənmə) zamanı istifadəsinə icazə verilir. Monj yemindəki alaqanqal toxumları qaraciyər hüceyrələrini qoruyur və bərpa edir. Ev heyvanınızın düzgün və sağlam yemlənsə, bu unikal orqan hətta bərpa oluna bilər. Qızılbalıq yağı ilə təqdim olunmuş omeqa yağ turşuları qaraciyər serrozun və fibrozun riskini azaldır və bu orqana ümumi müsbət təsir göstərir.
Royal Canin Gastrointestinal Feline Pişik üçün həzm pozulmasında baytarlıq pəhrizi. Tam rasionlu nəm yem kəskin həzm pozulması, bərpa dövründə və çəki azalmasında təyin edilir. Asanlıqla həzm olunan maddələr. Əlavə elektrolitlər və yüksək miqdarda əsas qida maddələri. Yüksək kalorili.
Royal Canin Gastrointestinal Fibre Response Feline Qəbizliyi olan pişik üçün baytarlıq pəhrizi. Yüksək lif tərkibli tam rasionlu quru yem. Xəstəliyin ilk əlamətlərində 3-4 həftə ərzində tətbiq edilir. Xroniki qəbizlik üçün Fiber Response Feline pəhrizinin uzun müddətli istifadəsi lazım görülür. Royal Canin Gastrointestinal Fibre Response pəhrizindəki bəzi növ liflərin müəyyən bir birləşməsi nəcisin konsistensiyasını normallaşdırmağa kömək edir, ishal yaratmır, bağırsaq tərkibinin keçməsini yaxşılaşdırmağa kömək edir və beləliklə qəbizlikdən əziyyət çəkən pişiklərdə bağırsaq hərəkətini asanlaşdırır. Bu pəhriz sidik sistemində həm struvit, həm də oksalat kristalların əmələ gəlməsi üçün əlverişsiz bir mühit yaratmağa kömək edir.
Royal Canin Gastrointestinal Moderate Calorie Feline Pişik üçün həzm pozulmasında baytarlıq pəhrizi. Yetkin pişiklər üçün tam rasionlu nəm yem pankreatit və kəskin həzm xəstəliklərində tövsiyə olunur. Baytarlıq pəhrizi. Yüksək həzm olunan zülalların (L. I. P. zülalları), prebiotiklərin, çuğundur lətisinin, düyü və balıq yağının birləşməsi həzm sistemi üçün maksimal müdafiəni təmin edir. Pəhrizdə orta enerji dəyəri yalnız pankreatit üçün tövsiyə edilmir, həm də sterilizasiya edilmiş və ya artıq çəkili heyvanlarda bədən çəkisini idarə etməyə kömək edir.
Yetkin pişiklər üçün tam rasionlu nəm yem kəskin və ya xroniki böyrək çatışmazlığında böyrək funksiyasını qorumaq üçün nəzərdə tutulub. Məhsul formulu xroniki böyrək çatışmazlığında böyrək funksiyasını dəstəkləmək üçün xüsusi olaraq hazırlanmışdır.
Yetkin pişiklər üçün tam rasionlu nəm yem kəskin və ya xroniki böyrək çatışmazlığında böyrək funksiyasını qorumaq üçün nəzərdə tutulub. Toyuq əti ilə. Məhsul formulu xroniki böyrək çatışmazlığında böyrək funksiyasını dəstəkləmək üçün xüsusi olaraq hazırlanmışdır.
Royal Canin Renal Special Feline Pişik üçün xroniki böyrək çatışmazlığında baytarlıq pəhrizi. İştaha azalmış yetkin pişiklər üçün tam rasionlu quru yem kəskin və ya xroniki böyrək çatışmazlığında böyrək funksiyasını qorumaq üçün nəzərdə tutulub. Məhsul formulu xroniki böyrək çatışmazlığında böyrək funksiyasını dəstəkləmək üçün xüsusi olaraq hazırlanmışdır. Tərkibində fosforun miqdarı azdır, antioksidantlar, EPA və DHA yağlı turşular daxildir. Xroniki böyrək çatışmazlığında böyrəklər fosforu düzgün şəkildə çıxarma qabiliyyətini itirir. Məhsuldakı aşağı fosfor miqdarı xəstəliyin inkişafını ləngidir. Uyğunlaşdırılmış balıq yağı tərkibli (əsas yağ turşuları EPA və DHA mənbəyi) pəhriz yem ilə bəsləndikdə yumaqcıqlı filtrasiyasının sürəti artır. Böyrəklərin həddindən artıq yüklənilməsi uremik böhrana səbəb ola bilər. Yüksək keyfiyyətli və uyğunlaşdırılmış zülal tərkibi böyrəklərə düşən yükü azaltmağa kömək edir. Yemdə olan zülal miqdarı minimum tələbləri əhəmiyyətli dərəcədə aşırsa, böyrəklərin ifrazat funksiyası azalaraq, azot parçalanma məhsulları bioloji mayelərdə toplanır. XBÇ metabolik asidoza səbəb ola bilər, buna görə tərkibinə qələviləşdirici maddələr daxildir. Böyrəklər turşu-qələvi balansının qorunmasında mühüm rol oynayır. Böyrəklərin funksiyasının pozulması, hidrogen ionlarını çıxarma və bikarbonat ionlarının reabsorbsiya edilmə qabiliyyəti azalır və buna görə metabolik asidoz riski yüksəlir. Xroniki böyrək çatışmazlığı olan heyvanlarda iştahasızlıq, qida dözümsüzlüyü və anoreksiya olduqca tez-tez müşahidə olunur. Xüsusi hazırlanmış ətir profili, pişiyin xüsusi dad üstünlüklərini təmin etməyə kömək edir.