Qaynar xətt

+994506714677

Səbətiniz hələ boşdur 🐾

Royal Canin Hypoallergenic Dog İt üçün allergiyada baytarlıq pəhrizi, quru yem

20,00 

Royal Canin Hypoallergenic Dog allergiya və qida dözümsüzlüyü olan itlər üçün baytarlıq pəhrizi quru yemdir.

Yüksək keyfiyyət, sərfəli qiymət
1 iş günü ərzində çatdırılma
Və ya
Kateqoriya: , ,

Təhlükəsiz ödəniş

Məhsulun təsviri

Royal Canin Hypoallergenic Dog allergiya və qida dözümsüzlüyü olan yetkin itlər üçün hazırlanmış tam rasionlu baytarlıq pəhrizi quru yemdir.

Royal Canin Hypoallergenic Dog tərkibində aşağı molekulyar çəkili hidroliz edilmiş zülallar mövcuddur. Bu zülallar allergik reaksiyaların yaranma riskini minimum səviyyəyə endirməyə kömək edir.

Yemin xüsusi formulası dərinin təbii müdafiə baryerini qorumağa dəstək verir və dəri sağlamlığını dəstəkləyir.

Tərkibində olan Eikosapentaenoic (EPA) və Dokosahexaenoic (DHA) omeqa-3 yağ turşuları həzm sisteminin sağlam fəaliyyətinə və dərinin qorunmasına kömək edir.

Göstərişlər

  • Seçilmiş pəhriz

  • Dəri və / və ya həzm sisteminin pozulması

  • Qida dözümsüzlüyü

  • Xroniki bağırsaq iltihabı

  • Mədəaltı vəzinin ekzokrin çatışmazlığı

  • Xroniki ishal

  • Kiçik bağırsaqda bakteriyaların yayılması ilə müşahidə olunan qida allergiyası

Əks göstərişlər

  • Hamiləlik

  • Laktasiya dövrü

  • Böyümə dövrü

  • Pankreatit

Tərkibi

Dənli bitkilər, soya zülalının hidrolizatı, heyvan piyləri, bitki lifi, minerallar, heyvan zülalının hidrolizatı (dadvericilər), soya yağı, quş qaraciyər hidrolizatı, balıq yağı, frukto-oliqosaxaridlər, göyzabanı yağı, Tagetes erecta ekstraktı (luteyin mənbəyi).

Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.

Günlük yemləmə norması (quru)

İtin çəkisi Az çəkili Optimal çəkili Artıq çəkili
5 кq 102 q 90 q 78 q
10 кq 172 q 152 q 131 q
20 кq 290 q 255 q 220 q
30 кq 393 q 346 q 299 q
40 кq 487 q 429 q 370 q

Cədvəldə göstərilən yemləmə tövsiyələri ümumiləşdirilmişdir. Baytar həkiminizlə məsləhətləşin.

Günlük yemləmə norması (qarışıq)

İtin çəkisi Az çəkili Optimal çəkili Artıq çəkili
5 кq 76 q + 1/4 64 q + 1/4 52 q + 1/4
10 кq 120 q + 1/2 100 q + 1/2 79 q + 1/2
20 кq 186 q + 1 151 q + 1 116 q + 1
30 кq 289 q + 1 242 q + 1 195 q + 1
40 кq 383 q + 1 325 q + 1 266 q + 1

Cədvəldə göstərilən yemləmə tövsiyələri ümumiləşdirilmişdir. Baytar həkiminizlə məsləhətləşin.

Rəylər

Bu məhsul haqqında hələ ki, rəy yoxdur.

Rəy yazmaq üçün məhsulu satın almış və giriş etmiş olmalısınız