Məhsulun təsviri
Royal Canin Hair & Skin Care yetkin pişiklər üçün hazırlanmış tük və dəri sağlamlığını dəstəkləyən tam rasionlu quru yemdir.
Yem tərkibində olan yüksək keyfiyyətli zülallar və amin turşuları tüklərin sağlam uzanmasına və dəri hüceyrələrinin yenilənməsinə kömək edir. Bu xüsusiyyət dərinin müdafiə funksiyasını dəstəkləyir.
Royal Canin Hair & Skin Care tərkibində omeqa-3 və omeqa-6 yağ turşuları mövcuddur. Bu yağ turşuları dərinin sağlamlığına və tükün vəziyyətinə müsbət təsir göstərir.
Omeqa yağ turşularının mənbəyi soya yağı, göyzabanı yağı və balıq yağıdır.
Yem həmçinin B vitaminləri, kükürd tərkibli amin turşuları, sink və mis kimi faydalı qida maddələrini ehtiva edir.
Kliniki tədqiqatlara əsasən, 21 gün Royal Canin Hair & Skin Care ilə qidalanan pişiklərin tükləri daha parlaq olur.
Tərkibi
Heyvan mənşəli dehidratlaşdırılmış zülallar (quş əti), heyvan mənşəli piyləri, bitki mənşəli zülal izolatı *, düyü, taxıl unu, bitki lifi, buğda, heyvan mənşəli zülal hidrolizatı (ətirli əlavələr), maya, soya yağı, mineral maddələr, balıq yağı, göyzabanı yağı, Tagetes erecta ekstraktı (lüteyin mənbəyi).
Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.
Günlük yemləmə norması
| Pişiyin çəkisi | 3 kq | 4 kq | 5 kq | 6 kq |
| Normal çəkili | 41 q | 50 q | 59 q | 67 q |
| Artıq çəkili | 33 q | 40 q | 47 q | 53 q |

Rəylər
Bu məhsul haqqında hələ ki, rəy yoxdur.