Məhsulun təsviri
Royal Canin Fussy Exigent yemini tam yeməyən və ya yemdən imtina edən kaprizli pişiklər üçün hazırlanmış quru rasiondur. Yenilənmiş formula əvvəlki Exigent (Aroma, Savour, Protein) seriyasının xüsusiyyətlərini birləşdirir və cəlbediciliyi artırır.
Məhsulun xüsusiyyətləri:
-
Zərif ətirli və ləzzətli xırçıltılı kroketlər
-
Allergiya riskini azaldan və yüksək həzm olunan L.I.P zülallar
-
Lazımi enerji və zülal miqdarı ilə gündəlik aktivliyin dəstəklənməsi
-
Mineral balansı ilə sidik-ifrazat sisteminin qorunması
-
Çəki nəzarəti ilə piylənmə və diabet riskinin azaldılması
-
Vitaminlərlə zəngin tərkib
-
Prebiyotik mənbələri ilə həzm prosesinin dəstəklənməsi
Çəki, mineral və zülal göstəricilərinin nəzarəti nəzərə alınaraq, məhsul qısırlaşdırılmış pişiklərin rasionu üçün də uyğun hesab olunur.
Tərkib
Dehidratasiya olunmuş zülallar (quş ətindən), qarğıdalı unu, buğda unu, heyvan piyi, buğda qlüteni, düyü, hidrozlizə olunmuş heyvan zülalı, cuğundur cecəsi, qarğıdalı qlüteni, maya məhsulları, minerallar, fruktooligosakkaridlər, yosun yağı, gülümbahar (kalendula) ekstraktı.
Əlavələr (1 kq üçün): qida əlavələri: vitamin А —13300 UE, vitamin D3 —700 UE, dəmir— 28 mq, yod— 2,8 мг, mis— 9 mq, manqan— 37 mq, sink— 115 mq, selen— 0,07 mq, antioksidantlar.
Analitik tərkibi: Zülal— 40%, lif— 1%, yağlar — 17,5%, kül— 7%, enerji dəyəri— 4175 kkal/kq
Günlük yemləmə norması
| Pişiyin çəkisi | Normadan az çəki | Normal çəki | Normadan çox çəki |
| Yem porsiyası (240 qramlıq fincanla və ya qramla) | |||
| 3 | 3/8 f və ya 33 qr | 3/8 f və ya 41 qr | 1/2 f və ya 49 qr |
| 4 | 3/8 f və ya 40 qr | 1/2 f və ya 50 qr | 5/8 f və ya 60 qr |
| 5 | 1/2 f və ya 47 qr | 5/8 f və ya 59 qr | 3/4 f və ya 70 qr |
| 6 | 1/2 f və ya 53 qr | 5/8 f və ya 67 qr | 3/4 f və ya 80 qr |

Rəylər
Bu məhsul haqqında hələ ki, rəy yoxdur.