Məhsulun təsviri
Royal Canin British Shorthair Adult 12 aydan yuxarı qısatüklü ingilis pişikləri üçün hazırlanmış tam rasionlu quru yemdir.
Məhsulun formulu bu cins pişiklərin fərdi ehtiyaclarına uyğunlaşdırılmışdır. British Shorthair pişikləri böyük və güclü bədən quruluşu ilə fərqlənirlər.
Royal Canin British Shorthair Adult tərkibindəki yüksək zülal miqdarı əzələ kütləsinin qorunmasına kömək edir.
Yem həmçinin L-karnitin ilə zənginləşdirilmişdir və bu maddə yağların metabolizmini stimullaşdırmağa kömək edir.
Tərkibində olan EPA və DHA (omeqa-3 yağ turşuları) oynaqların sağlamlığını dəstəkləyir və pişiyin aktiv həyat tərzini qorumasına kömək edir.
Balanslaşdırılmış minerallar kompleksi ürək-damar sisteminin sağlamlığını dəstəkləmək üçün nəzərdə tutulmuşdur.
Tərkibi
Bitki zülal izolatı, dehidratlaşdırılmış heyvan zülalı (quş), düyü, buğda, heyvan piyləri, bitki lifi, heyvan zülal hidrolizatı (dadvericilər), taxıl unu, balıq yağı, soya yağı, mineral maddələr, maya və fermentasiya məhsulları, fruktooliqosaxaridlər, maya hidrolizatı (mannan oliqosaxaridlər mənbəyi), göyzabanı yağı, Tagetes erecta ekstraktı (lüteyin mənbəyi), xərçəngkimilərin qabığının hidrolizatı (qlükozamin mənbəyi), qığırdaq hidrolizatı (xondroitin mənbəyi).
Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.
Günlük yemləmə norması
| Pişiyin çəkisi | 3-4 kq | 5 – 6 kq | 7 – 8 kq |
| Gündəlik yem miqdarı | 34 – 41 q | 49 – 55 q | 62 – 68 q |
| Gündəlik yem miqdarı (Yüksək aktivlik) |
42 – 52 q |
61 – 69 q |
77 – 85 q |
Günlük yemləmə norması (qarışıq)
| Pişiyin çəkisi | 3-4 kq | 5 – 6 kq | 7 – 8 kq |
| Gündəlik yem miqdarı (kroket +pauç) | 15 – 23 q + 1 pauç Royal Canin British Shorthair nəm yem | 30 -37 q + 1 pauç Royal Canin British Shorthair nəm yem | 43 – 49 q + 1 pauç Royal Canin British Shorthair nəm yem |
| Gündəlik yem miqdarı (kroket +pauç) Yüksək aktivlik | 24 – 33 q + 1 pauç Royal Canin British Shorthair nəm yem | 42 – 51 q + 1 pauç Royal Canin British Shorthair nəm yem | 59 – 66 q + 1 pauç Royal Canin British Shorthair nəm yem |

Rəylər
Bu məhsul haqqında hələ ki, rəy yoxdur.