Qaynar xətt

+994506714677

Səbətiniz hələ boşdur 🐾

Sale

Purina Pro Plan Delicate Kitten Həssas həzmli bala pişik üçün quru yem, hinduşka əti ilə

15,80 

Purina Pro Plan Delicate Kitten hinduşka əti ilə hazırlanmış həssas həzmli bala pişiklər üçün quru yemdir.

Yüksək keyfiyyət, sərfəli qiymət
1 iş günü ərzində çatdırılma
Və ya

Təhlükəsiz ödəniş

Məhsulun təsviri

Purina Pro Plan Delicate Kitten hinduşka əti ilə hazırlanmış həssas həzm sistemi olan bala pişiklər üçün quru yemdir.

Purina Pro Plan Delicate Kitten yüksək zülallı rasiondur və C və D3 vitaminləri, omeqa-3 yağ turşuları daxil olmaqla bala pişiyin inkişafı üçün vacib qida maddələrini ehtiva edir.

Yem həssas həzm sistemi olan bala pişiklər üçün asan həzm olunan inqrediyentlər ilə hazırlanmışdır.

Optidigest formulu prebiotiklər vasitəsilə həzm sağlamlığını dəstəkləməyə kömək edir və qida maddələrinin mənimsənilməsini yaxşılaşdırır.

Məhdud zülal mənbələri qida dözümlülüyünün artmasına kömək edir.

Tərkibi

Hinduşka əti (17%), düyü, hinduşka əti zülalı tozu, noxud zülalının konsentratı, heyvan mənşəli yağ, soya zülalı, qarğıdalı qlüteni, qarğıdalı nişastası, qurudulmuş kasnı kökü (2%), minerallar, dadverici yem əlavəsi, maya, amin turşuları, vitaminlər, balıq yağı.

Zülallar: 40%, yağlar: 20%, xam kül: 7,5%, xam lif: 1,5%.

Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.

Günlük yemləmə norması

Həsas həzmli bala pişiklərə həyatının 3-4 həftəsindən verin. Yemin asan yeyilməsi üçün onu su ilə qarışdırın. Bala pişik quru yemə öyrəşənədək yemin miqdarını artırın, suyu isə azaldın. Gündə 2-3 dəfə yemləyin və ya ehtiyac olduqda verin. Hamilə pişiklər üçün gündəlik norma 90q, əmizdirən pişiklər üçün – gündə 180 q və ya ehtiyac olduqda.

Rəylər

Bu məhsul haqqında hələ ki, rəy yoxdur.

Rəy yazmaq üçün məhsulu satın almış və giriş etmiş olmalısınız