Məhsulun təsviri
Monge kiçik cins itlər üçün toyuq əti ilə quru yem yüksək keyfiyyətli premium sinifli italyan it yemidir. Bu yem növü bir sıra üstünlüklərə malikdir:
– yemin özəl qranulları kiçik cins itlərin diş və çənə ölçüsünə uyğundur
– yüksək miqdarda ət zülalların olması (toyuq 1-ci yerdədir)
– ferma təsərrüfatlarının təzə məhsulları
– GMO və süni əlavələrin olmaması
– düzgün həzm prossesləri üçün son nəsil XOS prebiyotiklər ilə zənginləşdirilməsi
– faydalı əlavələrin olması (oynaq və qığırdaq üçün qlukozamin və xondroitin, optimal bədən çəkisi üçün L-karnitin və s.)
Sözügedən monj it yeminin əsas inqrediyenti toyuqdur. Bu ət növü bir sıra faydalı mikroelementlər ehtiva edir: orqanizmin tikinti materialı olan asan həzm olunan zülallar, diş və sümüklər üçün fosfor, anemiyanın profilaktikası üçün dəmir, ürək sistemi və immunitetin gücləndirməsi, toksinlərin neytrallaşdırması, düzgün maddə mübadiləsi üçün faydalı B qrup vitaminləri və digər nutriyentlər.
Bu sağlam italyan it rasionun inanılmaz dadı ev heyvanınızı biganə qoymayacaqdır.
Tərkibi
Toyuq əti (qurudulmuş 30%, təzə 10%), düyü, qarğıdalı, toyuq piyi, qurudulmuş çuğundur cecəsi, pivə mayası, qarğıdalı qluteni, hidroliz olunmuş heyvan zülalı (qaraciyər), qızılbalıq yağı (1%), minerallar, oliqoşəkər (MOS 1%), oliqoşəkər (XOS 0.3%), şidiger yukkası (0.3%), spirulina (0.3%), xondroitin, qlukozamin.
Analitik tərkibi: xam zülal 26%, xam yağ 14%, xam lif 2.5%, xam kül 6%, kalsium 1.2%, fosfor 0.8%, omeqa-6 yağ turşuları 3.8%, omeqa-3 yağ turşuları 0.7%.
Enerji dəyəri: 4050 kkal/kq.
Rəylər
Bu məhsul haqqında hələ ki, rəy yoxdur.