Qaynar xətt

+994506714677

Səbətiniz hələ boşdur 🐾

Monge Breeder Hypoallergenic bütün cins yetkin itlər üçün quru yem qızılbalıq və tuna ilə

12,50 

Monge bütün cins itlər üçün qızılbalıq və tuna ilə allergiyaya qarşı quru yem yüksək keyfiyyətli premium sinifli italyan it yemidir.

Yüksək keyfiyyət, sərfəli qiymət
1 iş günü ərzində çatdırılma
Və ya
Kateqoriya: , ,

Təhlükəsiz ödəniş

Məhsulun təsviri

Monge bütün cins itlər üçün qızılbalıq və tuna ilə allergiyaya qarşı quru yem yüksək keyfiyyətli premium sinifli italyan it yemidir. Bu yem növü bir sıra üstünlüklərə malikdir:

– yemin universal düsturu fərqli it cinsləri üçün uyğundur

– yüksək miqdarda ət zülalların olması

– ferma təsərrüfatlarının təzə məhsulları

– düyü və dəniz məhsulları itdə allergiya riskini azaldır

– allergiyadan əziyyət çəkən itlər üçün GMO və süni əlavələrin olmaması kimi vacib punkt

– allergiyaya meylli olan itlərin mədə-bağırsaq traktının sağlamlığı üçün tərkibdə son nəsil prebiyotiklərin olması

 

Bu hipoallerqen it yeminin əsas inqrediyenti qızılbalıq və tunadır. Onlar itinizin orqanizmini asan həzm olunan zülallar ilə təmin edərək mədə-bağısaq sisteminə düşən yükü azaldırlar. Qeyd olunan dəniz məhsulları faydalı EPA və DHA yağ turşuları ilə zəngindir. Bu turşular dəri və tük üçün əvəzsizdir, həmçinin böyüyən itlərin beynini inkişaf etdirir, yaşlı itlərdə isə yaşlanma prosseslərini ləngidir. Qızılbalıq və tuna həm də dayanaq-hərəkət və immun sistemi üçün tələb olunan vitamin (xüsusilə A və D) və mineralların (böyük miqdarda fosfor və yod) deposudur.

Bu sağlam italyan it rasionun inanılmaz dadı ev heyvanınızı biganə qoymayacaqdır.

Tərkibi

Düyü (58%), qızılbalıq (qurudulmuş 10%, təzə 8%), tuna balığı (qurudulmuş 10%), pivə mayası, rafinə olunmuş qarğıdalı yağı, qızılbalıq yağı 99.5%, qurudulmuş çuğundur cecəsi, minerallar, oliqoşəkər (MOS), oliqoşəkər (XOS 0.3%), şidiger yukkası, xondroitin, qlukozamin.

Analitik tərkibi: xam zülal 24%, xam yağ 12%, xam lif 2%, xam kül 6.5%, kalsium 1.4%, fosfor 1.1%, omeqa-6 yağ turşuları 3.6%, omeqa-3 yağ turşuları 0.9%.

Enerji dəyəri:  3940 kkal/kq.

Rəylər

Bu məhsul haqqında hələ ki, rəy yoxdur.

Rəy yazmaq üçün məhsulu satın almış və giriş etmiş olmalısınız