Qaynar xətt

+994506714677

Səbətiniz hələ boşdur 🐾

GimCat Professional Malt-Soft Extra pişiklər üçün malt pasta

8,00 

GimCat Professional Malt-Soft Extra pişik üçün tükləri çıxaran malt pastadır və tük topalarının yaranmasının qarşısını almağa kömək edir.

Yüksək keyfiyyət, sərfəli qiymət
1 iş günü ərzində çatdırılma
Və ya
Kateqoriya: , ,

Təhlükəsiz ödəniş

Məhsulun təsviri

GimCat Professional Malt-Soft Extra pişiklər üçün tükləri çıxaran malt pasta – pişiyinizin baxımı üçün əvəzolunmaz bir vasitədir. Bildiyiniz kimi, pişiklər özlərini təmizləyib yalayarkən böyük miqdarda tüklər udurlar, xüsusən də uzuntüklü pişiklər. Bir müddət sonra bu tüklər mədə və bağırsaqda toplanarkən böyük bir diskomforta və sağlamlıq problemlərinə səbəb olurlar. Bunun üçün də Gimcat brendi tükləri çıxaran professional malt pasta təklif edir, hansı ki, öz xüsusiyyətlərinə görə çox qiymətləndirlir:

– tük topası ilə mübarizədən yanaşı, onların yaranmasına qarşı profilaktik təsirə malikdir

– təbii yağlar və piylər sayəsində tüklərin çıxarmasından əlavə, həm də tük və dəri gözəlliyini təmin edir

– faydalı bağayarpağı və qarağac qabıqları bağırsaq fəaliyyətini dəstəkləyir

– beta qlukan həzm sisteminə müsbət təsir göstərir (xüsusilə deşilmiş bağırsaq sindromu zamanı)

– tərkibində şəkərin və süni qatqıların olmaması

 

GimCat Professional Malt-Soft Extra pişiklər üçün tükləri çıxaran malt pasta həm də yem arasında dadlı atışdırma kimi istifadə olunur. Bu dadlı pasta ilə fayda ilə ləzzəti birləşdirə bilərsiniz.

Tərkibi

Bitki mənşəli məhsullar (malt ekstraktları 39%, bağayarpağı qabığı 4%, qarağac qabığı 2%, sellüloza 1.5%), yağlar və piylər 31.6%, maya (1% beta-qlukan).

Analitik tərkibi: zülallar 3.5%, yağlar 37.5%, kül 5%, lif 2.5%, nəmlik 12%.

Əlavələr (1 kq üçün): vitamin E- 2000 mq.

Günlük yemləmə norması

Günlük tövsiyə edilən doza 6 sm/3qr (1 sm təqribən 0.5 qr bərabərdir) pastadır. Pastanı, pişiyə birbaşa qablaşdırmadan sıxıb vermək ya sahibinin barmağı üzərindən, ya pişiyin yeminə əlavə etmək olar. Pasta otaq temperaturunda olmalıdır.

Yaşı 7 aydan yuxarı olan pişiklər üçün uyğundur.

Rəylər

Bu məhsul haqqında hələ ki, rəy yoxdur.

Rəy yazmaq üçün məhsulu satın almış və giriş etmiş olmalısınız