Qaynar xətt

+994506714677

Səbətiniz hələ boşdur 🐾

Acana Homestead Harvest yetkin pişik üçün quru yem, toyuq və hinduşka ilə

13,00 

Acana Homestead Harvest yetkin pişiklər üçün 65% ət tərkibli xolistik quru yemdir. İmmunitet, dəri və tük sağlamlığını dəstəkləyir.

Yüksək keyfiyyət, sərfəli qiymət
1 iş günü ərzində çatdırılma
Və ya

Təhlükəsiz ödəniş

Məhsulun təsviri

Acana Homestead Harvest yetkin pişiklər üçün hazırlanmış yüksək keyfiyyətli xolistik quru yemdir. Məşhur kanadalı istehsalçı tərəfindən hazırlanan bu rasion pişiklərin bioloji (vəhşi) qidalanma instinktlərinə uyğunlaşdırılmışdır.

Acana Homestead Harvest tərkibində 65% ət inqrediyentləri mövcuddur və yüksək keyfiyyətli zülallar sayəsində pişiyin əzələ kütləsini qorumağa və ümumi sağlam inkişafını dəstəkləməyə kömək edir.

Yemin tərkibində olan vitaminlər, minerallar və antioksidantlar ev heyvanının immunitet sistemini gücləndirir. Yerli fermalardan əldə olunan ekoloji təmiz və təhlükəsiz xammal məhsulun yüksək keyfiyyətini təmin edir.

Omeqa yağ turşuları dəri və tük sağlamlığını dəstəkləyir, xüsusi bişirmə texnologiyası isə yemin pişiklər üçün cəlbedici və ləzzətli olmasını təmin edir.

Tərkibi

Təzə toyuq (17%), qurudulmuş toyuq (16%), susuzlaşdırılmış hinduşka (13%), tam yulaf, tam noxud, toyuq yağı (7%), bütöv yaşıl mərcimək, bütöv noxud, bütöv qırmızı mərcimək, təzə yumurta (4%), kəsmik, balıq yağı (1%), çiy ördək əti (1%), təzə toyuq içalatı (qaraciyər, ürək) (1%), çiy hinduşka qaraciyəri (1%), qurudulmuş laminariya, təzə bütöv balqabaq, təzə bütöv muskat balqabağı, bütöv mərcani giləmeyvə.

 Analitik tərkibi: zülal (34%), xam yağ (16%), xam kül (8%), xam lif (4%), kalsium (1,8%), fosfor (1.2%), omeqa-6 (2.8%), omeqa-3 (0.5%). Enerji dəyəri: 3760 kkal/kq   Nəmlik: 10%.

Günlük yemləmə norması

Pişiyin çəkisi, kq Yemləmə norması, qram/sutka
Çəkinin qorunması Çəkinin

azaldılması

Qısırlaşdırılmamış Qısırlaşdırılmış
1 – 2 29 – 43 19 – 29
2 – 3 43 – 57 29 – 38
3 – 4 57 – 71 38 – 43
4 – 5 71 – 76 43 – 57
5 – 6 76 – 86 57 – 76 57 – 71
6 – 8 86 – 100 76 – 86 71 – 76
8 – 10 100 – 114 86 – 100 76 – 86

Rəylər

Bu məhsul haqqında hələ ki, rəy yoxdur.

Rəy yazmaq üçün məhsulu satın almış və giriş etmiş olmalısınız