Məhsulun təsviri
Wanpy Oven-Roasted Chicken Mix Up itlər üçün toyuqlu çərəz assortisi həm ev heyvanının mükafatlandırılması, həm də faydalı qida maddələri ilə təmin edilməsi məqsədilə istifadə olunan premium keyfiyyətli atışdırmadır. Assortiyə qurudulmuş toyuq filesi, toyuq çubuqları, qurudulmuş toyuq ilə çubuqlar, eləcə də toyuq və kalsiumlu sümük daxildir.
Bu çərəzin əsas xüsusiyyətləri:
-
Orqanizm üçün vacib olan zülalların mənbəyidir
-
İtin təbii çeynəmə ehtiyaclarını qarşılayır
-
Təmizləyici xüsusiyyəti sayəsində stomatoloji xəstəliklərin profilaktikasına kömək edir
-
Asan porsiyalara bölündüyü üçün təlim və tərbiyə zamanı istifadəyə uyğundur
-
Diş və dayaq-hərəkət aparatının möhkəmlənməsinə dəstək verir
-
Xüsusi bişirmə üsulu dadın və inqrediyentlərin vitaminlərinin qorunmasını təmin edir
-
Tərkibində təhlükəli qatqılar yoxdur
Dördayaqlı dostunuzun assortidə yer alan 4 fərqli çərəzin dadını sınamasına imkan yaradın. Tam yeyilməmiş çərəzin dadını və qoxusunu qorumaq üçün onu zip-kilidli öz qablaşdırmasında saxlamaq tövsiyə olunur.
Tərkibi
Qurudulmuş toyuq filesi: toyuq əti, bitki zülalı, qliserin, natrium xlorid. Analitik tərkibi: zülal 58%, yağ 1,5%, lif 0,5%, kül 5%, nəmlik 18%.
Qurudulmuş toyuq ilə çubuqlar: toyuq əti, xam dəri, qliserin, natrium xlorid. Analitik tərkibi: zülal 82%, yağ 2%, lif 0,5%, kül 3,5%, nəmlik 18%.
Toyuq və kalsiumla çubuqlar: toyuq əti, bitki zülalı, nişasta, kalsium karbonat, qliserin, buğda unu, sorbitol (E420), natrium xlorid, Aİ tərəfində icazə verilmiş qida boyaları (E171). Analitik tərkibi: zülal 31%, yağ 1,5%, lif 0,5%, kül 10%, nəmlik 15%.
Toyuq çubuqları: toyuq və içalatı, bitki zülalı, qliserin, nişasta, sorbitol (E420), natrium xlorid, Aİ tərəfində icazə verilmiş qida boyaları. Analitik tərkibi: zülal 29%, yağ 12%, lif 1%, kül 3,5%, nəmlik 24%.
Günlük yemləmə norması
– 5-10 kq çəkili itlər üçün – 10-20 q;
– 10-25 kq çəkili itlər üçün – 20-40 q;
– 25 kq-dan artıq çəkili itlər üçün – 40-60 q.

Rəylər
Bu məhsul haqqında hələ ki, rəy yoxdur.