Qaynar xətt

+994506714677

Səbətiniz hələ boşdur 🐾

Royal Canin German Shepherd Adult Alman çoban yetkin it üçün quru yem (11 kq)

165,00 

Royal Canin German Shepherd Adult quru yem 15 aydan yuxarı Alman afçarkaları üçün nəzərdə tutulmuş tam rasionlu qidadır və həzm, dəri, tük və oynaq sağlamlığını dəstəkləyir.

Yüksək keyfiyyət, sərfəli qiymət
1 iş günü ərzində çatdırılma
Hər alış PetBonus qazandırır
Və ya
Kateqoriya: , ,

Təhlükəsiz ödəniş

Məhsulun təsviri

Royal Canin German Shepherd Adult quru yem 15 aydan yuxarı olan Alman afçarkaları üçün nəzərdə tutulmuş tam rasionlu quru yemdir. Məhsul alman çoban itinin bütün ehtiyacları nəzərə alınmaqla xüsusi olaraq hazırlanmışdır.

Yemin tərkibində olan L.I.P. zülalları, bağırsaq fermentasiyasını məhdudlaşdıran və bağırsaq florasının balansını qoruyan xüsusi liflər sayəsində optimal həzm sağlamlığını dəstəkləyir. Xüsusi formula dərinin baryer funksiyasını qorumağa kömək edir.

Alman çoban itinin sağlam dəri və tük örtüyünü qorumaq və qidalandırmaq üçün tərkibində Omega 3 yağ turşuları, EPA və DHA mövcuddur. Alman ovçarkalarında arxa dayaq sistemi həssas olduğuna görə, yemin tərkibinə qlükozamin və xondroitin daxil edilmişdir. Bu maddələr oynaqların sağlamlığını dəstəkləyir və itin sağlam formada, ideal çəkidə qalmasına kömək edir.

Royal Canin German Shepherd Adult quru yemin üstünlükləri

Həzm performansı
Yüksək həzm qabiliyyətinə malik L.I.P. zülalları və bağırsaq florasını tarazlayan xüsusi liflər Alman afçarkalarının həzm sağlamlığının qorunmasına dəstək verir.

Sağlam dəri və tük
Formula dərinin baryer rolunu dəstəkləyir və DHA, EPA vasitəsilə dəri və tük sağlamlığının qorunmasına kömək edir.

Oynaq və sümük sisteminin sağlamlığı
Xüsusi formul oynaq və sümük sisteminin sağlamlığını dəstəkləyir və sağlam çəkinin qorunmasına kömək edir.

Cinsə özəl hazırlanmış yem dənələri
Yem dənələrinin ölçüsü, forması, teksturası və tərkibi Alman çoban iti üçün xüsusi hazırlanmışdır.

Ev heyvanına uyğunluq və saxlama qaydası

  • 15 aydan yuxarı Alman çoban itləri üçün uyğundur

  • Sərin və quru yerdə saxlayın

  • İtiniz üçün içməli suyun hər zaman mövcud olmasına nəzarət edin

Tərkibi

Düyü, dehidratlaşdırılmış heyvan zülalları (quş əti), heyvan piyləri, bitki mənşəli zülal izolatları *, bitki lifi, heyvan zülalının hidrolizatı (dadvericilər), mineral maddələr, taxıl unu, balıq yağı, soya yağı, maya hidrolizatı (mannan oliqosaxaridlər mənbəyi), xərçəngkimilərin qabığının hidrolizatı (qlükozamin mənbəyi), Tagetes erecta ekstraktı (lüteyin mənbəyi), yaşıl çay ekstraktı (polifenolların mənbəyi), qığırdaq hidrolizatı (xondroitinin mənbəyi).

Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.

Günlük yemləmə norması

İtin

 çəkisi

Az

aktivlik

Normal

aktivlik

Yüksək

aktivlik

26 kq 285 q 3+3/8 st 375 q 4+4/8 st 435 q 5+1/8 st
28 kq 302 q 3+5/8 st 397 q 4+6/8 st 460 q 5+4/8 st
30 kq 318 q 3+6/8 st 418 q 5 st 485 q 5+6/8 st
32 kq 333 q 4 st 439 q 5+2/8 st 509 q 6 st
34 kq 349 q 4+1/8 st 459 q 5+4/8 st 532 q 6+3/8 st
36 kq 364 q 4+3/8 st 479 q 5+6/8 st 556 q 6+5/8 st
38 kq 379 q 4+4/8 st 499 q 6 st 579 q 6+7/8 st
40 kq 394 q 4+6/8 st 518 q 6+1/8 st 601 q 7+1/8 st
42 kq 409 q 4+7/8 st 538 q 6+3/8 st 624 q 7+3/8 st
44 kq 423 q 5 st 557 q 6+3/8 st 646 q 7+6/8 st

Rəylər

Bu məhsul haqqında hələ ki, rəy yoxdur.

Rəy yazmaq üçün məhsulu satın almış və giriş etmiş olmalısınız