Məhsulun təsviri
Royal Canin Golden Retriever Puppy quru yem 2 aydan 15 ayadək olan qızılı retriver bala itlər üçün nəzərdə tutulmuş tam balanslaşdırılmış rasiondur.
Məhsulun formulu E vitamini tərkibli patentləşdirilmiş kompleks sayəsində böyümə dövründə bala itin immunitetinin dəstəklənməsinə kömək edir. Rasion eyni zamanda dərinin baryer funksiyasının qorunmasına dəstək olur.
Yüksək keyfiyyətli zülallı qida maddələrinin birləşməsi bala itin həzm sağlamlığını və bağırsaq mikroflorasının qorunmasını təmin edir. Kroketlərin forması, ölçüsü və teksturası xüsusi olaraq qızılı retriver bala itlər üçün uyğunlaşdırılmışdır.
Tərkibi
Heyvan mənşəli dehidratlaşdırılmış zülallar (quş əti), düyü, qarğıdalı, bitki zülalı izolatı, buğda, heyvan mənşəli yağlar, bitki lifi, heyvan mənşəli zülalların hidrolizatı (dadverici əlavələr), çuğundur lifi, balıq yağı, mineral maddələr, soya yağı, fruktooliqosaxaridlər (0,34%), bağayarpağının qabığı və toxumları, maya hidrolizatı (mannan oliqosaxaridlər mənbəyi), xərçəngkimilərin qabığının hidrolizatı (qlükozamin mənbəyi), göyzabanı yağı (0,1 %), maya ekstraktı (beta qlükan mənbəyi), Tagetes erecta ekstraktı (lüteyin mənbəyi), qığırdaq hidrolizatı (xondroitin mənbəyi).
Əlavələr (1 kq-da) : A vitamini: 26500 UI, D3 vitamini: 700 UI, Е vitamini: 780 mq, Dəmir: 38 mq, Yod: 3,8 mq, Mis: 12 mq, Manqan: 49 mq, Sink: 130 mq, Selen: 0,08 mq.
Qida dəyəri: Zülallar: 29,0 % – Yağlar: 16,0 % – Mineral maddələr: 7,4 % – Lif: 3,7 %.
Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.
Günlük yemləmə norması
| Bala itin
yaşı |
Yetkin itin çəkisi
25 kq |
Yetkin itin çəkisi
30 kq |
Yetkin itin çəkisi
35 kq |
| 2 ay | 215 q (2+2/8 stək) | 225 q (2+3/8 stək) | 235 q (2+4/8 stək) |
| 3 ay | 265 q (2+7/8 stək) | 282 q (3 stək) | 300 q (3+2/8 stək) |
| 4 ay | 287 q (3+1/8 stək) | 308 q (3+2/8 stək) | 328 q (3+4/8 stək) |
| 5 ay | 306 q (3+2/8 stək) | 340 q (3+5/8 stək) | 373 q (4 stək) |
| 6 ay | 323 q (3+4/8 stək) | 370 q (4 stək) | 415 q (4+3/8 stək) |
| 8 ay | 291 q (3+1/8 stək) | 344 q (3+5/8 stək) | 387 q (4+1/8 stək) |
| 10 ay | 262 q (3+1/8 stək) | 329 q (3+4/8 stək) | 371 q (4 stək) |
| 12 ay | 287 q (3+1/8 stək) | 329 q (3+4/8 stək) | 372 (4 stək) |

Rəylər
Bu məhsul haqqında hələ ki, rəy yoxdur.